
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan
Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli
qurumlarına Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan
vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə
olunmasının uyğunluq auditi aparılıb.
Trend Hesablama Palatasına
istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib.
Məlumata görə, əvvəlki illərdə yol verilmiş artıq və qanunsuz
xərclərin aradan qaldırılması ilə əlaqədar Nazirlik və tabeli
qurumlarda struktur və kadr dəyişikliyi aparılmış, kənd təsərrüfatı
sahəsində hüquqi aktların tələblərinə uyğun fəaliyyətin qurulması
və Muxtar Respublikada bitkiçilik və heyvandarlıq sahəsində
təsərrüfatların qeydiyyatının dürüstləşməsi işlərinə başlanılmış,
baramaçılığın bərpası istiqamətində yeni bağlar salınıb.
2023-cü ildə Nazirliyin və tabeli qurumlarının illik smetası 33
395,9 min manat proqnozlaşdırılmış və il ərzində cəmi 35,3%-i yəni
11 788,9 min manat xərc icra edilmişdir. “Qeyri-dövlət
müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə 20 500,0 min
manat smeta təsdiq edilmiş və 6 005,6 min manat, yəni 29,3%
həcmində xərc icra edilmiş, “Dövlət müəssisələrinə subsidiyalar”
xərc istiqaməti üzrə isə 250,0 min manat vəsait ümumiyyətlə icra
edilməmişdir. Proqnozlaşdırmanın və aqrar sahənin uçot-statistik
hesabatlığının qənaətbəxş olmaması icranın aşağı faizini
şərtləndirib.
Nəzərdə tutulmadığı halda, 2023-cü il üzrə subsidiya üçün
ayrılmış vəsaitlərdən 2019-cu ilin sənədlərinə əsasən 637,83 min
manat məbləğində arı subsidiyasının və 2022-ci ilə görə isə 14,9
min manat məbləğində tütünçülük üçün məhsul subsidiyasının ödənişi
Nazirlik tərəfindən həyata keçirilib.
Sığortalanmalı olan bitkilərin becərilməsinə görə
qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta müqaviləsi
bağlanılmadan, 321 şəxsə ümumilikdə 6353.18 ha sahə üçün 1397,7 min
manat həcmində əkin subsidiyası ödənilib.
2023-cü ildə müvafiq səlahiyyətlər müəyyən edilmədiyi halda
Nazirliyin müvafiq əmrləri ilə tabeli qurumları arasında maliyyə
vəsaitlərinin ötürülməsi həyata keçirilməklə tabeli qurumların
ehtiyaclarını və kreditor borclarını bağlamaq üçün ayrı-ayrı
vaxtlarda ümumilikdə 658,7 min manat vəsait ödənilib (bu vəsaitin
470,0 min manatı audit dövründə bərpa edilib).
Nazirliyin tabeli qurumunun anbarına baxış keçirilərkən 35,8 ton
mineral gübrənin faktiki anbar qalığından artıq olduğu və
inventarizasiya zamanı mühasibatlıq sənədlərində bu barədə
qeydiyyatın aparılmadığı müəyyən edilib.
Nazirliyin tabeli qurumunun bazasında sərgilənən 11 adda, ümumi
dəyəri 266,9 min manat olan kənd təsərrüfatı təyinatlı texnika və
avadanlıqların təhvil-təslim aktı tərtib edilməsinə və satış
məqsədi ilə təhvil verilməsinə baxmayaraq, satışın qanunvericiliyə
uyğun rəsmiləşdirilməsi və texnikaların dəyərinin mühasibat
sənədlərində debitor borc kimi qeydiyyata alınması təmin
edilməyib.
Nazirliyin əsasən təsərrüfathesablı tabeli qurumları üzrə
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun
və bəzi hallar üzrə (9580,0 manat) elektron qaimə-fakturaların
təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl
edilməsi vəziyyəti qənaətbəxş olmamış, həmçinin bu qurumlar üzrə
büdcədənkənar vəsaitlər üçün xəzinədarlıq orqanında müvafiq hesabın
açılması ilə bağlı müraciətin olmadığı, gəlir və xərc smetaları
təsdiq edilmədən vəsaitlərin müstəqil bank hesabından xərclənməsinə
yol verildiyi aşkar edilib.
Auditin nəticələrinə əsaslanmaqla, Hesablama Palatası audit
dövründə büdcəyə bərpaları, görülmüş işləri nəzərə alaraq, audit
zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, maliyyə
hesabatlarında və ilkin təsdiqedici sənədlərdə müvafiq düzəlişlərin
edilməsi, qalıq vəsaitlərin bərpası, xərclərin təyinatı üzrə
istifadəsinə nəzarətin gücləndirilməsi və digər təbirlərlə bağlı
qərarını kənar dövlət maliyyə nəzarəti obyektinə, həmçinin auditlə
bağlı müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə, Naxçıvan MR Nazirlər Kabinetinə və Naxçıvan MR
İqtisadiyyat Nazirliyinə təqdim etmişdir. “APA-nın yerli bürosu
Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2023-cü ili
əhatə etmiş və bu dövrdə 24 303 436,26 manat xərc icra edilib.
Qeyd edilib ki, auditlə əhatə olunan təhsil müəssisələrində
normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının
artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki
tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi
nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının
keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin
artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda
çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda
cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin
əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam
etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan
Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət
maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar
Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.





























