Advertisement

14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Bakı. Trend:

ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya,
Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun,
Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan
Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən
Azərbaycana güclü dəstək ifadə ediblər.

Trend xəbər verir ki, Azərbaycan Milli QHT Forumu daxil olan
müraciətin mətnini yayıb:

“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və
ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı
Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırıq. Bu tədbir
böyük gözləntilər daşıyır.

COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin
eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv
nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu
inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir.

İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz
QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə
inanırıq.

QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər
kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini
zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif
edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv
öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini
gücləndirir.

Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi və
Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində
həmrəy olduğumuzu bəyan edirik.

İmzalar:

1. Peter Qorgiyevski – Global Dialoq Forumunun rəhbəri,
Avstraliya;
2. Giyorqi Tatar – Dialoq və Kütləvi Zorakılıqların Qarşının
Alınması üzrə Budapeşt Mərkəzinin rəhbəri, Macarıstan;
3. Emma Maklennan – EEAST Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq
Alyansının prezidenti, Böyük Britaniya;
4. Nixil Aziz – Amerika Yəhudilərinin Dünya Xidmətinin nümayəndəsi,
ABŞ;
5. Dr. David Apollus – Akross Atlantik İnkişaf Təşkilatının Baş
İcraçı Direktor, Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
6. Edda Guiberti – Tripla Difesa O.N.L.U.S təşkilatının Prezidenti,
İtaliya (ECOSOC statuslu təşkilat);
7. Evelyn Bisona Fonkem- Aztəminatlıların Rifahı Assosiasiyasının
nümayəndəsi, (ECOSOC statuslu təşkilat);
8. Adetola Ojeniyi – Böyük Britaniya və Afrika İnkişaf və Tədqiqat
Mərkəzinin nümayəndəsi – Böyük Britaniya (ECOSOC statuslu
təşkilat);
9. İanna Mallayka Foundation – Niderland (ECOSOC statuslu
təşkilat);
10. Bencamin Yu – El Pozo de Vida təşkilatının nümayəndəsi,
Meksika;
11. Aleksiya Klaydon – QHT eksperti, Böyük Britaniya;
12. Frensis Niba – Vətəndaş Təbliğatı Koalisiyasının nümayəndəsi,
Böyük Britaniya;
13. Patricia Haydeger – Avropa Ətraf Mühit Bürosunun nümayəndəsi,
Belçika;
14. Katalin Hartviq – QHT eksperti, Almaniya;
15. Feliks Masi – “Səssiz Uşaqlar” təşkilatının təsisçisi, ABŞ
16. Nyanq Miçel -ekspert, ABŞ;
17. Sana Ullah – Pakistan Gənclər Təşkilatının rəhbəri,
Pakistan;
18. Nik Nvolisa – Gənclərlə iş üzrə ekspert, Nigeriya
19. Mayk Handkok – “Circle of Excellence Group”un rəhbəri,
Avstraliya;
20. Peter Mousaferiadis – “Cultural Infusion” təşkilatının rəhbəri,
Avstraliya;
21. Əbdülməjid Əmrani – Batna Universitetinin professoru,
Əlcəzair;
22. Hassina Hemamid – Batna Universitetinin professoru,
Əlcəzair
23. Şehnazz Nadirşah – Meher Roşani Fondunun və Qlobal Dialoq
Fondunun nümayəndəsi, Hindistan/Avstraliya;
24. Bencamin Bikford – ekspert, Avstraliya;
25. Priyanga Premaratne – Beynəlxalq Sunşayn Koas İnkişaf
Universitetinin tədqiqatçısı, Avstraliya;
26. Uzma Nahid – “Solution for You” təşkilatının təsisçisi,
Pakistan;
27. Anumnu İkenna Maykl – Səhiyyə və Ətraf Mühitin Mühafizəsi üzrə
GoodWash Fondunun nümayəndəsi, Nigeriya;
28. Alfons Rac – Kəndlərin Rekonstruksiyası və İnkişaf Layihəsinin
nümayəndəsi, Hindistan;
29. Vera Daniel – Şəffaflıq Uğrunda Afrika Gənclərinin nümayəndəsi,
Nigeriya;
30. Elong Emilienne-Alice, “GDF” Müxtəliflikdə Birlik Təşkilatının
nümayəndəsi, Kamerun.