Advertisement

Gürcüstanda “Maydan” hadisələri olmayacaq – Baş nazir

Bakı. Trend:

Gürcüstanda “Maydan” hadisələri baş verməyəcək.

Trend xəbər
verir ki, bu barədə bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze
deyib.

“Demək istəyirəm ki, Gürcüstanda “Maydan” hadisələrini heç kəs
görməyəcək”, – o deyib.

Bundan başqa, Kobaxidze Litva, Estoniya və İslandiyanın xarici
işlər nazirlərinin Gürcüstanda müxalifətin etiraz aksiyasında
iştirakını “qeyri-ciddi addım” adlandırıb.

“Xarici işlər naziri öz hökumətindən xəbərsiz Gürcüstanda
müxalifətin mitinqində iştirak edirsə bu, həmin strukturdakı
qeyri-ciddilikdən xəbər verir, lakin bu, əlbəttə ki, onların öz
işidir”, – o deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun