Advertisement

Şimali Koreya reaktiv atəş sistemindən istifadə edərək atışılar həyata keçirib

Bakı. Trend:

Cənubi Koreya Silahlı Qüvvələrinin addımlarına cavab olaraq,
Şimali Koreya ultra iri çaplı reaktiv yaylım atəş sistemlərinin
(RYAS) iştirak etdiyi atışlar keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.

Məlumata əsasən, atışların məqsədi “hər an qabaqlayıcı zərbədən
belə imtina etmədən, fövqəladə güclü və böyük hərbi vasitələrdən
istifadə etməklə ölkənin suverenliyini və təhlükəsizliyini təmin
etmək” iradəsini nümayiş etdirmək idi.

Şimali Koreya lideri Kim Çen In “şəxsən atışlarln təşkili əmrini
verib və ona yerindəcə nəzarət edib”.