Bakı. Trend:
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Lada” markalı
avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend-ə
verilən məlumata görə, sürücü M. Abdullayev tibbi müayinədən
keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.
Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir
zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü
barəsində inzibati protokol tərtib edilib.

























