Bakı. Trend:
Çinin avtomobil ixracı 2024-cü ilin ilk iki ayında illik
müqayisədə 30,5 faiz artıb.
Trend-in məlumatına görə, bu bardədə “Sinxua” agentliyi xəbər
verib.
Çin Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, bu
dövrdə, ümumilikdə, 822 min avtomobil ixrac edilib.
Sərnişin nəqliyyatı vasitələrinin ixracı illik müqayisədə 31,5
faiz artaraq 686 min ədədə, kommersiya avtomobillərinin ixracı isə
ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 136 min ədədə
çatıb.
Çin bu dövrdə 182 min ədəd elektrikli avtomobil ixrac edib və
bu, illik 7,5 faiz artım deməkdir.




























