Advertisement

Ermənistanda kilsə əmlakı vergiyə cəlb olunacaq

Bakı. Trend:

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının
deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun
layihəsi hazırlayır.

Trend xəbər
verir ki, bu barədə hakim partiyanın deputatı Tsovinar Vardanyan
Ermənistan parlamentində deyib.

“Kilsə vergiyə cəlb olunur, lakin söhbətin nədən getdiyini
anlamaq lazımdır. Kilsə xadimləri ola bilsin ki, gəlir vergisi
ödəyir və bu, normaldır. Lakin hazırda deputatlar kilsənin
idaretməsində olan minlərlə əmlakı – ticari, ictimai, istehsalat
sahələri, yaşayış binalarını – araşdırır”, – o deyib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistan parlamentinin hakim
“Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan
Erməni kilsəsinin sərəncamındakı istifadə olunmayan torpaq
sahələrini dövlətə verməli olduğunu bildirib.

Onun sözlərinə görə, Erməni Apostol Kilsəsi dövlətlə əməkdaşlıq
etməli, maliyyə vəsaitinin “kölgə”dən çıxarılmasına köməklik
göstərməlidir.

“Xristianlıq oğurluq etməmək, korrupsiyada, kölgə fəaliyyətində
iştirak etməmək haqqındadır. Bizim anlayışımıza görə, kilsə məhz bu
məntiqi rəhbər tutmalı və korrupsiyanın baş verə biləcəyi vəziyyət
yaratmamalıdır”, – o deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun