Advertisement

Türkiyədə ağır yol qəzası baş verib

Bakı. Trend:

Türkiyənin Kırşəhər şəhərində avtobusun iştirakı ilə
yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza nəticəsində 15 nəfər xəsarət
alıb.

Ankaradan Kayseriyə hərəkət edən sərnişin avtobusu şəhərin Mucur
rayonu ərazisində xəndəyə aşıb.

Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.