Advertisement

Azərbaycan çempionunun Avropadakı rəqibləri müəyyənləşib

Bakı. Trend:

2024/25 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil
edəcək “Şimal”ın rəqibləri bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq
təmsilçimiz B qrupunda yer alıb.

Azərbaycan Region Liqasının çempionu İsveçin “Qothenburq” və
Gürcüstanın “Football School Bridge” komandaları ilə qarşılaşacaq.
Oyunlar iyunun 28-dən iyulun 4-dək Gürcüstanda təşkil olunacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya,
İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu
mərhələnin görüşləri oktyabrın 21-27-də İsveçrədə keçiriləcək.

Qeyd edək ki, “Şimal” 2023/24 mövsümündə AFFA Region Liqasının
qalibi olmaqla II Liqada oynamaq hüququ qazanıb.