Bakı. Trend:
Ermənistanda məhkəmə ölkənin keçmiş prezidenti Serj Sarkisyana
“dizel işi” üzrə bəraət verib.
Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Sarkisyanla yanaşı, neft məhsullarının idxalı ilə
məşğul olan “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da bəraət
alıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Serj Sarkisyana qarşı dövlətə
1 milyon dollara yaxın zərər vurmaqla bağlı cinayət işi
açılmışdı.
“Dizel işi” üzrə həmçinin, Ermənistanın keçmiş kənd təsərrüfatı
naziri Serqo Karapetyan və nazir müavini Samvel Qalstyana qarşı da
ittiham irəli sürülmüşdü. Hər iki keçmiş dövlət məmuru məhkəmə
prosesi davam etdiyi müddətdə koronavirus səbəbindən dünyasını
dəyişib.





























