Advertisement

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Bakı. Trend:

“Saudi Aramco” “Gas & Oil Pakistan” şirkətinin 40 faizlik
payının alınması prosesini başa çatdırıb.

Trend xəbər verir ki, bu barədə “Saudi Aramco”nun mətbuat
xidmətinin məlumatında bildirilib.

“Gas & Oil Pakistan” Pakistanda neft məhsullarının ən böyük
distribyutorlarından biridir və ölkə üzrə benzin, dizel yanacağı və
yanacaq-sürtkü materialları satan 1200-dən çox pərakəndə satış
məntəqəsi şəbəkəsinə malikdir.