Advertisement

Faktiki hava açıqlanıb – Trend.Az

Bakı. Trend:

İyunun 1-i saat 11:00-a olan məlumata əsasən, mayın 31-də ölkə
ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci
yarısından hava dəyişmiş, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan
xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən,
Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy,
Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz,
Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan,
Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.

Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində
diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə
xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq
rayonlarda 18-23 dərəcə isti olub.