Advertisement

Azərbaycan nefti ucuzlaşdı – Trend.Az

Bakı. Trend:

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,23 % azalaraq 82,75 ABŞ
dolları təşkil edib.

Trend xəbər verir ki, “Brent” markalı neftin avqust
fyuçerslərinin qiyməti 81,62 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci
il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci
ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.