Bakı. Trend:
Mayın 31 -də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri
tapıb.
DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlər
əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin
13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində itkin düşmüş
kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonu
ərazisində itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın
14-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində itkin düşmüş kimi
axtarışda olan 32 yaşlı kişi, mayın 17-də Sabunçu rayonunun Maştağa
qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız,
mayın 24-də Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda
olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonu ərazisində itkin
düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonu
ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın
29-da Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan
35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonu ərazisində itkin düşmüş
kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun
Abbaslı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı
kişi tapılıblar.
Onlar aidiyyəti üzrə təhvil veriliblər.





























