Advertisement

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir (FOTO)

Şuşa. Trend:

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin
mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı
başlayıb.

Trend xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı
ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak
edirlər.

Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin
209 üzvü öz ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara
təqdim edəcək.

Tanınmış mədəniyyət və incəsənət xadimləri, 250-yə yaxın
məktəbli, şəhid övladları festivalın tamaşaçıları arasındadır.

Xatırladaq ki, layihə çərçivəsində qonaqlar iyunun 2-dək
ekskursiyalarda iştirak edəcək, ölkəmizin zəngin təbiəti,
tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış
olacaqlar.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli
dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq
münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin
tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq,
eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Xəbər yenilənəcək