
Bakı. Trend:
Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların
Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin
gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və
elə bu tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə
həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların
Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər
ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı, 1956-cı ildən noyabrın 20-i də Ümumdünya
Uşaqlar Günü kimi qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü
ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində
1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi
tövsiyyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı
demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22
dekabr 2008-cil tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu
il “Uşaq ili” elan olunmuşdu.
FOTO – Zaur Mustafayev





























