Bakı. Trend:
İyunun 1-i saat 20:00-a olan məlumata əsasən, öncədən xəbər
verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron
yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s,
Naftalanda 22 m/s-dir.
Bu barədə Trend-ə
Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən
əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda
narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarı
xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil
edir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 2-si
günün ikinci yarısınadək davam edəcək.





























