Bakı. Trend:
İyunun 1-i saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində
qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Trend-ə
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan, Tərtər,Göygöl, Şəki,
Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala,
Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay
rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış
yağıb.
Zaqatala rayonuna diametri 5 mm, Gədəbəy rayonunun Maarif,
Qaradağ, Arıqdam kəndlərinə 8-10 mm, Düzyurd kəndinə isə 6-8 mm
dolu düşüb.
Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal
sürəti 28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18
m/s, Göygöldə 17 m/s təşkil edib.





























