Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan 3-5 iyun tarixlərində
Çinə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin diplomatik
mənbələrindən məlumat verilib.
Məlumata əsasən, səfər Çinin xarici işlər naziri Vanq Yinin
dəvəti ilə baş tutacaq.
Bu, Hakan Fidanın xarici işlər naziri kimi Çinə ilk səfəridir,
çinli həmkarı Vanq Yi isə 2023-cü ilin iyulunda Türkiyəyə səfər
edib.
Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri həmkarı Vanq
Yi, eləcə də Çinin vitse-prezidenti Han Çjen və Çin Kommunist
Partiyasının (ÇKP) Siyasi və Hüquqi Məsələlər üzrə Mərkəzi
Komissiyasının sədri Tzin Vinçin ilə görüşəcək.





























