Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Göyçay rayonunun Qaraməryəm kəndində yol-nəqliyyat hadisəsinin baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraiti
qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ” markalı yük avtomobili
ilə “VAZ” markalı minik avtomobili toqquşub və 2 nəfər minik
avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat
vasitəsindən 1 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

























