Advertisement

İstanbulda bina çöküb – Trend.Az

Bakı. Trend:

İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında
qalanlar var.

Trend xəbər verir ki, hadisə şəhərin Küçükçükmece rayonunda baş
verib.

İstanbul Valiliyinin verdiyi açıqlamaya əsasən, indiyədək
dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.

Hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib.