
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun növbəti
oyunu keçirilib.
Trend xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz”
doğma meydanda lider “Qarabağ”ı qəbul edib.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Otto Con 10-cu dəqiqədə penalti
zərbəsini dəqiq yerinə yetirib. Ağdam klubunda isə 56-cı dəqiqədə
Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade adını tabloya
yazdırıb. 90+4-cü dəqiqədə isə Toral Bayramov penaltidən
fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 66-ya çatdıran “köhlən
atlar” liderliyini daha da möhkəmlədib. Tovuz təmsilçisi isə 35
xalla yeddinci pillədə qərarlaşıb.
Tura “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Qarşılaşma
bu gün saat 19:00-da start götürəcək.





























