Advertisement

Çexiyada 18 nəfəri ildırım vurub

Bakı. Trend:

Çexiyanın Vratislavitse şəhərindəki parkda 18 nəfəri ildırım
vurub.

Trend-in
məlumatına görə, hadisə yerli sakinlər parkda tədbir keçirərkən baş
verib. İldırımın təsirinə böyük ağacın altında oturan şəxslər məruz
qalıblar.

Zərərçəkənlərdən beş uşaqdır. Yaralılardan yeddisi reanimasiyaya
yerləşdirilib, bir uşaq paytaxt Praqadakı xəstəxanalardan birinə
yola salınıb.