Advertisement

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Bakı. Trend:

Almaniyanın Bavariya regionunda xilasetmə işləri zamanı bir
yanğınsöndürən həyatını itirib.

Trend-in
məlumatına görə, yanğınsöndürən xilasedici qismində getdiyi fəlakət
zonasında qayığın aşması nəticəsində həlak olub. Aşan qayıqdakı
digər xilasedici kənara çıxmağa nail olub.

Qeyd edək ki, Bavariya regionunda aramsız leysan bir çox
ərazinin su altında qalmasına səbəb olub. Üç mindən çox sakin
təxliyə olunub.