Advertisement

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Stokholmda 42 kilometrlik məsafəyə qaçış marafonu keçirilib və
yarışda 18 396 qaçışçı iştirak edib.

Trend-in
məlumatına görə, marafon zamanı 15 nəfər xəstəxanaya
yerləşdirilib.

“On beş nəfər böyük rəqəmdir, lakin isti havanı nəzərə alsaq, bu
elə də təəccüblü deyil”, – Stokholm marafonunun mətbuat üzrə
meneceri Lorenzo Nezi deyib.

İştirakçıların bəzilərinin halı ciddi şəkildə dəyişsə də, tibbi
yardım göstərildiyi zaman hamısının vəziyyətinin sabit olduğu qeyd
olunub.