
Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər
ölüb, beş nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları
bildirib.
İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı
məlumat yerli vaxtla saat 03:00 radələrində daxil olub.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.
Faktla bağlı araşdırma aparılır.





























