Advertisement

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni uzadıb

Bakı. Trend:

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir
futbolçu ilə yeni müqavilə imzalayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti
açıqlayıb.

Qışda komandaya qoşulan Ramin Nəsirli yeni mövsümdə də
“qırmızı-ağlar”ın heyətində yer alacaq. U-21 millimizin də heyətinə
cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno
Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan
Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da
müqavilə bağlanıb.