Bakı. Trend:
Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul
edib.
Trend xəbər
verir ki, bu barədə xarici KİV Misir hökumətinin mətbuat xidmətinə
istinadən məlumat yayıb.
Bildirilib ki, Misir prezidenti ölkənin baş naziri Mustafa
Mədbuliyə səriştə və təcrübəyə malik şəxslərdən ibarət yeni
kabineti formalaşdırmağı tapşırıb.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi hazırda üçüncü prezidentlik
müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsini
icra edəcək.





























