Bakı. Trend:
AFFA “Qəbələ” İdman Klubuna maliyyə vəsaiti ayırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə qərarı assosiasiyanın İcraiyyə
Komitəsi verib.
Akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il
müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması qərara alınıb.
“Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan
milli komandalarının, həmçinin, hakimlərin Qəbələdə təlim-məşq
toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qəbələ” bu mövsüm Premyer Liqanı tərk edərək I
Liqaya düşüb.





























