
Bakı. Trend:
İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Belarusa işgüzar səfəri çərçivəsində Minskdə “Belaqro 2024”
Beynəlxalq ixtisaslaşdırılmış sərgisini ziyarət edib.
Trend xəbər verir ki, Ə.Əsədov və Avrasiya İqtisadi İttifaqına
üzv dövlətlərin hökumət başçıları geniş çeşidli aqrosənaye
məhsullarının, kənd təsərrüfatı texnikası və avadanlıqlarının
müasir nümunələrinin, bitkiçilik, heyvandarlıq və quşçuluğun
inkişafında qabaqcıl istiqamətlərin nümayiş etdirildiyi sərgi ilə
tanış olublar.



























