Advertisement

BMT TŞ-yə sədrlik Cənubi Koreyaya keçib

Bakı. Trend:

İyun ayı ərzində Cənubi Koreya BMT Təhlükəsizlik Şurasına
rəhbərlik edəcək.

Trend xəbər verir ki, Cənubi Koreyanın BMT-dəki daimi
nümayəndəsi səfir Cunkuk Hvanq ay ərzində Şuranın gündəliyində
müzakirə olunacaq məsələlərlə bağlı jurnalistlərin suallarını
cavablandırıb.

Səfir bildirib ki, ay ərzində TŞ-də kibertəhlükəsizliklə bağlı
iki iclas planlaşdırılıb.

Daimi nümayəndə Yaxın Şərqdə davam edən müharibənin və bununla
bağlı Əlcəzairin TŞ-yə təklif etdiyi qətnamə layihəsi ilə bağlı
müzakirələrin aparılacağını deyib.