Bakı. Trend:
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə baş müşaviri səfir Akif Çağatay Kılıçla ABŞ milli
təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı
olub.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüşdə
Türkiyə-ABŞ münasibətləri, o cümlədən İsrailin Qəzzada davam edən
hücumları, Ukraynadakı vəziyyət və digər regional məsələlər
dəyərləndirilib.
Kılıç və Sallivan prioritet məsələlərdən olan terrorla mübarizə
və ikitərəfli gündəm mövzularını da müzakirə edərək, regional
təhlükə yaradan PKK, FETÖ və İŞİD-ə qarşı terrorla mübarizədə
əməkdaşlığı vurğulayıblar.





























