Advertisement

Yığmamız “Montenegro Cup”da 17 medal qazanıb (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə “Montenegro Cup” beynəlxalq turniri başa
çatıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan yığması turnirdə 17 medal
qazanıb.

Böyüklərin arasında Mədinə Dəmirova halqa, gürzlər, lent və
topla çıxışda turniri 2 qızıl və 2 bürünclə başa vurub. Zərha
Cəfərova isə halqa və lentlə bürünc qazanıb.

Gənclər gimnastların çıxışı zamanı Nilufər Oruclu 2 qızıl (halqa
və top), Şəms Müvəffəqi 1 qızıl, 2 gümüş və 1 bürünc (top, gürzlər,
lent və halqa), Mədinə Abbaslı isə 3 bürünc (top, gürzlər və lent)
əldə edib.

Yeniyetmələr arasında isə Nur Sadıqova qızıl, Məryəm Baloğlanova
bürüncə sahib çıxıb. Hər iki gimnast gürzlərlə çıxışda bu uğura
nail olub.

Qeyd edək ki, millimiz “Montenegro Cup”da ümumilikdə 6 qızıl, 5
gümüş və 6 bürünc medal qazanıb.