Advertisement

Zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb – Baş Prokurorluq

Bakı. Trend:

Zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi
başlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ”
Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində
zavodun 5 əməkdaşının – Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid
Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı
Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü
(səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş
Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları
idarəsində tapşırılıb.

Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq
dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri
davam etdirilir.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin
edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat
veriləcək.