Advertisement

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh razılşamasını tarixi bir fürsət olaraq görürük – Ərdoğan

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında son dövrlər baş verən müsbət
hadisələri məmuniyyətlə qarşılayır və imzalanacaq sülh
razılşamasının bölgənin gələcəyi baxımında tarixi bir fürsət olaraq
görürük.

Trend xəbər verir ki, bu barədə Bakı Ekspo
Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil&Gas” və
12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi –
“Caspian Power” sərgilərinin açılışında Türkiyənin enerji və təbii
sərvətlər naziri Alparslan Bayraktar Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın müraciətini oxuyarkən deyib.

R.T. Ərdoğan bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin
bərqərar olması üçün işlər davam etdirilir.

“Həmçinin noyabr ayında COP29-a ev sahibliyi edəcəyi üçün qardaş
Azərbaycanı bir daha təbrik edir və konfransın hazırlıq
mərhələsində hər cür dəstək göstərməyə hazır olduğumuzu ifadə
edirik”, – deyə o qeyd edib.