Advertisement

m10 “Best New E-Wallet Payment Platform – m10 – Azerbaijan 2024” seçilib

Bakı. Trend:

Böyük Britaniyanın “Global Business Outlook” jurnalı “PashaPay”
şirkətinin məhsulu olan m10 elektron pulqabını “Best New E-Wallet
Payment Platform – m10 – Azerbaijan 2024” seçib.

Global Business Outlook mühüm sənaye sektorlarını əhatə edən
Böyük Britaniya nəşridir. Nəşrin məqsədi iş dünyasındakı ən mühüm
hadisələr və inkişaflar haqqında aparıcı məlumat təminatçısı
olmaqdır.

Jurnal qlobal bankçılıq, sığorta, brokerlik, fondlar, brendlər,
enerji, hotel, daşınmaz əmlak, eləcə də inkişaf etməkdə olan
texnologiyalar barədə əhatəli, dərin məlumatlar təqdim edir. Jurnal
əsas bazar tendensiyalarını və dünyanın hər yerindən uğurlu biznes
strategiyalarını izləyir.