
Bakı. Trend:
Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən
U-20 yaş qrupu üzrə “Çempionlar” turnirində fəxri kürsüyə
qalxıb.
Trend-in
məlumatına görə, ikinci yarış günündə qadın güləşində Əsmər
Cankurtaran (53 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl
medal qazanıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar
Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.





























