Advertisement

Sabah hava necə olacaq? – Trend.Az

Bakı. Trend:

İyunun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° olacaq. Atmosfer
təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət
gecə 60-65 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan
xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı
var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə
8-13°, gündüz 16-21°, bəzi yerlərdə 26° olacaq.