Bakı. Trend:
Gürcüstanda “oğru dünyası” ilə əlaqədə şübhəli bilinən 3 nəfər
saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən biri “oğru dünyası”nda
“üzv” olduğuna, digəri “üzvlük” üçün müraciət etdiyinə, üçüncü şəxs
isə maliyyə mübahisəsinin həlli üçün “qanuni oğru”ya müraciət
etdiyinə görə tutulub.
Saxlanılan şəxsləri 10 ilədək həbs cəzası gözləyir.





























