Bakı. Trend:
2023/2024 mövsümü başa çatdıqdan sonra dünyanın ən yaxşı baş
məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, iyun cədvəlində planetin 500 ən güclü
mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisinin mövqeyi dəyişib.
O, 1672 xalla dünyada 135-cıdlr. Qurbanov ötən ayla müqayisədə
xal artımına nail olmasa da, 1 pillə irəliləyib. Onun qabaqladığı
mütəxəssislər arasında Miçel, Domeniko Tedesko, Şenol Günəş, Okan
Buruk, Roberto de Dzerbi, Frank Lempard kimi tanınmış simalar
var.
Qeyd edək ki, cədvələ 2239 xala malik “Mançester Siti”nin baş
məşqçisi Pep Qvardiola başçılıq edir.





























