Advertisement

Daha 52 dövlət əmlakı özəlləşdirildi

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin keçirdiyi növbəti hərracda 4 obyekt, 47 nəqliyyat
vasitəsi və 24,5 ton metal çiv satılıb.

Trend quruma istinadən xəbər
verir ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və
Saatlı rayonlarında yerləşir.

Gəncədəki “Beton və məhlul istehsal edən sahə” alıcıların
marağına səbəb olub. Belə ki, ilkin qiyməti 47 500 manat olan
adıçəkilən əmlaka edilən təklif 3 dəfə artaraq 148 000 manat olub.
Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə
3 700 kvadratmetrdir.

24,5 ton metal çiv üzrə keçirilən hərrac rəqabətli olub. Belə
ki, ilkin qiyməti 5 000 manat olan metal çiv 13 600 manata
satılıb.

Satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya
istehsalıdır.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3B56Wz linki vasitəsilə tanış
olmaq olar.

Növbəti hərraclar 11 və 25 iyun tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az)
və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan
dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında
(e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin
hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə
etmək olar.