Advertisement

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb

Bakı. Trend:

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu qərblilərin mətbuat xidməti
açıqlayıb.

Emmanuel Hakman daha 1 il “Turan Tovuz”da çıxış edəcək. Toqolu
müdafiəçi ilə yeni müqavilənin müddəti 2024/25 mövsümünün sonunadək
nəzərdə tutulub.

Qeyd edək ki, “Turan Tovuz” bunadək Şəhriyar Əliyev və Aleks
Souza ilə də müqaviləni uzadıb.