Advertisement

Ötən gün 11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik
vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, narkotik
vasitələr – 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox
marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə
yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.