Advertisement

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 13 kiloqramdan çox
narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısını
alıblar.

Bu barədə Trend-ə Dövlət
Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

İyun ayının 4-də saat 03:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində
keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın
qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan
Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.