Advertisement

Azərbaycanda unun qiyməti yenidən bahalaşıb?

Bakı. Trend:

Azərbaycanda unun qiyməti yenidən bahalaşıb.

Bu barədə Trend-ə un satışı ilə məşğul olan satıcılar məlumat
verib.

Onların verdiyi məlumata görə, əvvəlki aylarda 26-27 manata
satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində
30-32 manat və daha baha təklif olunduğu bildirilir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki,
səbəb buğdanın qiymətinin fevral-mart ayı ilə müqayisədə
artmasıdır.

“Lakin qiymətlər ötən ilin iyul-avqust ayı ilə müqayisədə
eynidir. Qiymətin bahalaşma səbəbi birjalarda olan qiymət
artımıdır. Birjada olan qiymət artımının səbəbi isə Rusiya və
Avropada məhsuldarlığın aşağı olmasıyla bağlı informasiyaların
gəlməsidir. Bu da qiymətlərə təsir göstərir.

Bir müddət çörəyin qiymətinin bahalaşma səbəbi də Ukrayna
bazardan çıxacaq, Rusiya taxıl ixrac etməyəcək kimi əsassız
müzakirələr çərçivəsində qiymətlər sürətlə artırdı. Lakin bu dövr
geridə qaldı. Bundan sonra qiymət artımı olsa da, çox cüzi olacaq”,
– o deyib.

Taxıl sahələrində biçim dövrü başlayanda qiymətlərin yenidən
ucuzlaşacağına toxunan iqtisadçı əlavə edib ki, birjalar
məhsuldarlığa aid proqnozlara əsaslanır.

“Əgər məhsul çox yığılarsa və sifariş az olarsa, qiymətlər
ucuzlaşa bilər”, – deyə Kazımlı qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl də unun qiymətində artım baş
vermişdi. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25
manat 5 qəpik təşkil edirdisə, may ayında bu qiymət 27 manat 35
qəpiyə çatmışdı