Advertisement

“Çelsi” 2 futbolçusunu Olimpiadaya buraxmır

Bakı. Trend:

Entso Fernandes və Mixail Mudrik Paris-2024 Yay Olimpiya
Oyunlarında iştirak edə bilməyəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Çelsi” rəbərliyi futbolçuların yığmanın
heyətində turnirdə iştirakına qarşıdır.

Fernandesin Argentina yığması ilə Olimpiadaya getməsi əvvəlcədən
planlaşdırılmışdı. Ukrayna millisi də Mixaili komandaya dəvət edib.
Amma London klubunun yeni baş məşqçisi Entso Mareska bu
futbolçuların zədələnməsindən ehtiyat edir.

Qeyd edək ki, Olimpada iyulun 24-dən avqustun 11-nə kimi davam
edəcək. Bu tarixlər kıubların hazırlıq və mövsümə start vaxtı ilə
üst-üsə düşür.