Bakı. Trend:
“KiberDiplomatiya” üzrə Beynəlxalq Konfrans Azərbaycanda
keçiriləcək.
Trend xəbər verir ki, Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə
rəisi general – mayor Azər Əhədov Dövlət qurumlarınının İT
rəhbərlərinin IV Zirvə Toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə
Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma
Memorandumuna əsasən KiberDiplomatiya üzrə Beynəlxalq Konfransın
regional təlimçiliyi eksklüziv olaraq Xidmətə verilmiş və cari ilin
25 sentyabr tarixində “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın
Azərbaycanda keçirilməsi qərara alınıb.
“KiberDiplomatiya” dünyada yeni yanaşma və trend olduğundan belə
tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və
ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir.
Diplomatik nümayəndələrin, eləcə də artıq bəzi ölkələrdə yeni
diplomatik vəzifəyə çevrilən kibersəfirlərin, o cümlədən sahə üzrə
qlobal aktorların diplomatiyanın informasiya təhlükəsizliyindəki
rolunu müzakirə etmək üçün Azərbaycanda toplanması ölkəmiz üçün
faydalı olacaqdır”, – Əhədov əlavə edib.





























