Bakı. Trend:
60 yaşdan yuxarı 600 nəfər bu il sertifikasiya imtahanında
iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə bu gün Məktəbəqədər və ümumi
təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov media üçün
keçirilən brifinqdə deyib.
Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma
prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili,
Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.)
fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif,
Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma
prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində,
ötən il uğur qazana bilməyən müəllimlərin təkrar
sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.
Xəbər yenilənəcək





























