Advertisement

Xaricdə təhsil alan daha neçə nəfərin diplomu tanınmayıb?

Bakı. Trend:

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may
ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək
müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə
mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən xəbərə görə, tədris
yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb
olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan
ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə
4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması
səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya
Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118,
Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan
28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa
Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika
Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland
Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ
Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan
Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1,
Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1,
Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam
Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1,
İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya
Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından
1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə
197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat
fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38,
tibb üzrə 32 müraciətçi qeydə alınıb.