Advertisement

Azərbaycan 20-25 milyon ton neftin qəbulu və aşırılması imkanına malikdir – SOCAR prezidentinin müşaviri

Bakı. Trend:

Azərbaycan 20-25 milyon ton neftin qəbulu və aşırılması imkanına
malikdir.

Trend xəbər
verir ki, bu barədə bu gün SOCAR prezidentinin müşaviri Zaur
Qəhrəmanov 29-cu Bakı Enerji Forumu çərçivəsində “Neft axınları:
Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” panel
müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın Xəzər sahillərində Dübəndi
terminalları (ildə 10 milyon ton neft və neft məhsulları üçün) və
Qaradağ rayonunda bir neçə terminal var.

Z.Qəhrəmanov qeyd edib ki, bu infrastruktur boru kəməri sistemi
(Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa), eləcə də Gürcüstan və Türkiyənin
Qara dəniz limanlarına gedən dəmir yolu xətti ilə əlaqəlidir.

“Xəzəryanı ölkələr, xüsusən də Qazaxıstan və Türkmənistan
Azərbaycanın tranzit potensialından istifadə edirlər”, – deyə o
bildirib.

SOCAR prezidentinin müşaviri əlavə edib ki, ötən il
Qazaxıstandan tranzit yolu ilə təxminən 1,4 milyon ton neft tədarük
edilib.

“Daha sonra 2,2 milyon ton tədarük haqqında razılaşma əldə
olundu. Hazırda bu həcmin ildə 5-7 milyon tonadək artırılması
məsələsi müzakirə olunur”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun